Qaxda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 29.07.2019 / 16:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans iyulun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panel iclasla öz işini davam etdirib.

Tədbiri giriş sözü ilə açan Qax RİH başçısının birinci müavini Tahir İsmayılov Prezident İlham Əliyevin dinə və dindarlara diqqət və qayğısından bəhs edib. Tahir İsmayılov, eyni zamanda rayondakı dini durum barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın dünyaya zəngin multikulturalizm modelini təqdim etdiyini bildirib. Sədr müavininin sözlərinə görə, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verən G.İsmayılov vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Sədr müavini ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir.

O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. G. İsmayılov deyib ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir.

DQİDK sədrinin müavini bildirib ki, hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Onun sözlərinə görə, yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

Sədr müavini onu da vurğulayıb ki, dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.

Təqdimatla çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov isə dinin cəmiyyətdəki funksiyaları barədə danışıb. R.Əsgərov, eyni zamanda cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılılıb.


 


 

 


Son baxılan xəbərlər

Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər
23.11.2018 / 14:21
Ətraflı oxu

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

Multikulturalizm
26.11.2016 / 16:49
Ətraflı oxu