Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 29.07.2019 / 15:07

İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə rayonun Girdəni kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsini Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, dindarlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında tədbirin əhəmiyyətindən danışıb. Dini radikalizmə qarşı mübarizə məqsədilə Dövlət Komitəsi tərəfindən keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə toxunub.

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm, yaranma səbəbləri və ona qarşı aparılan mübarizə tədbirləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Radikal dini qrupların fəaliyyətindən danışan şöbə müdiri həmin qrupların məzhəb ayrı-seçkiliyi, xurafat və cəhaləti təbliğ edərək gəncləri öz təsirlərinə salmağa cəhd etdiklərini vurğulayıb.  

Natiq, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini də vurğulayıb.

Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini radikalizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlər və görülən işlərin vacibliyinə diqqət çəkib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin Rəhbəri Ziya İsmayılov, Girdəni kənd məscidinin İmamı Adil Əskərov çıxışlarında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər
27.08.2019 / 09:53
Ətraflı oxu

Qusar rayonunda “Hər bir uşağın qayğısına qalaq” devizi ilə uşaq hüquqları aylığı münasibətilə tədbir ...

Press-relizlər
28.10.2016 / 17:46
Ətraflı oxu

İmişlidə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
03.10.2019 / 17:44
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu