Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 25.07.2019 / 15:48

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, narkomaniya və erkən nikah” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə MKS-nin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Zamil Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva, gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, zərərli vərdişlər, narkomaniya və erkən nikah kimi problemlər cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən hesab edilir. Son illər ölkə miqyasında bu kimi problemlərə qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alıb, bu istiqamətdə daha ciddi addımlar atılır. Bu tədbirlər yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, zərərli vərdişlər və narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq və eyni zamanda erkən nikahın yaratdığı problemlər barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

Tədbirin sonunda diskussiya təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. 


Son baxılan xəbərlər

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

Azərbaycan Texniki Universitetində “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
22.11.2019 / 15:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qətər səfiri ilə görüşüb

Xəbərlər
11.12.2019 / 14:24
Ətraflı oxu

Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər
17.07.2019 / 15:16
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
30.03.2018 / 10:16
Ətraflı oxu

Rayonlarda “Beynəlxalq Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
08.09.2015 / 15:39
Ətraflı oxu