Komitə sədri Argentina və uruqvaylı jurnalistləri qəbul edib

Xəbərlər / 23.07.2019 / 16:40

İyulun 23-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentina və Uruqvay respublikalarından olan jurnalistlər Xalid Hallar və Susana Manqananı qəbul edib.

Dövlət Komitəsinin sədri jurnalistlərə ölkəmizdə mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 942 dini qurumun dövlət qeydiyyatına alındığını bildirən M.Qurbanlı onlardan 907-nin İslam, 35-nin isə qeyri-islam təmayüllü olduğunu bildirib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını qoruyub-saxlamaq imkanına malikdir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri jurnalistlərin ölkəmizin nümunəvi dini tolerantlıq modeli, beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanan vəhdət namazı və radikalizmin qarşısının alınması istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.

Səmimi qəbula görə təşəkkürlərini bildirən jurnalistlər ölkəmizə səfərləri müddətində Azərbaycanın dinamik inkişafının, yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella da iştirak edib.

 


Son baxılan xəbərlər

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
12.03.2019 / 12:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ...

Açıqlama
26.10.2017 / 15:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edib

Arxiv
21.06.2018 / 16:53
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlər davam edir

Press-relizlər
03.08.2015 / 17:37
Ətraflı oxu

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Xəbərlər
05.02.2019 / 12:43
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
15.12.2017 / 16:42
Ətraflı oxu