“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlanıb

Xəbərlər / 13.07.2019 / 14:11

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi hazırlanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşaraq verdiyi önəmdən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.

Filmdə eyni zamanda xüsusilə vurğulanıb ki, Heydər Əliyev milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb. Məhz onun gərgin və əzmli səyləri nəticəsində Gəncə şəhərindəki “İmamzadə türbəsi” tarixi-memarlıq kompleksi və digər tarixi-dini abidələrimiz məhv olmaqdan qurtulub, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar sovet rejimin təqiblərindən xilas edilib.

Sənədli filmdə ölkəmizdə 14 iyul 1969-cu ilə qədər olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar  təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli filmdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Bundan əlavə, sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.

Qeyd edək ki, “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi tezliklə geniş ictimaiyyətin diqqətinə təqdim olunacaq.


Son baxılan xəbərlər

Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təqdim olunub

Press-relizlər
12.07.2019 / 12:39
Ətraflı oxu

“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Press-relizlər
17.10.2018 / 17:37
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
10.10.2019 / 16:44
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm
26.08.2020 / 13:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı “France 2” telekanalına müsahibə verib

Xəbərlər
12.11.2019 / 14:49
Ətraflı oxu