Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 12.07.2019 / 17:49

 

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə Saatlı rayon Qara Nuru kənd “Cümə” məscidi dini icmasında “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov, Saatlı rayonu Qara Nuru kənd “Cümə” məscidi  dini icmasınının sədri Aslan Məmmədov, dini icma üzvləri,  dindarlar  və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Qara Nuru kənd “Cümə” məscidi dini icmasının sədri Aslan Məmmədov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edib, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyindən danışıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, eləcə də dini radikalizmin mahiyyətindən bəhs edərək, radikal dini qrupların təbliğat metodları, dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni ...

Xəbərlər
26.11.2018 / 15:45
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans öz işini ...

Xəbərlər
07.12.2018 / 16:44
Ətraflı oxu

Komitə sədrindən XƏBƏRDARLIQ: Radikal qruplar məscidlərdən uzaqlaşdırılacaq

Açıqlama
24.10.2014 / 12:30
Ətraflı oxu

Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.10.2019 / 15:56
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu