Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər / 11.07.2019 / 17:00

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə sağlam təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və multikulturalizm ölkəmizi dünyaya ən müasir və mütərəqqi cəmiyyət modeli kimi təqdim edir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. S. Heydərov dini icmalara  fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

 


Son baxılan xəbərlər

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
25.05.2016 / 15:10
Ətraflı oxu

Press-relizlər
23.08.2019 / 11:16
Ətraflı oxu

Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər
10.04.2017 / 16:40
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Press-relizlər
17.09.2018 / 11:31
Ətraflı oxu

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
10.06.2019 / 09:47
Ətraflı oxu

Ağdaşda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər
16.12.2019 / 16:34
Ətraflı oxu