Mingəçevirdə maarifləndirici tədbir keçirilib

Xəbərlər / 11.07.2019 / 15:16

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mingəçevir şəhər İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə "yox" deyək!” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər İdarəsinin nümayəndəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, din xadimləri,  dini icma sədrləri və gənclər iştirak ediblər.

Çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, DTX-nın Mingəçevir şəhər İdarəsinin nümayəndəsi və başqaları dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı, xüsusən də Yaxın Şərqi narahat edən aktual məsələlərdən biri olduğunu qeyd ediblər.

Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı ölkəmzidə hər zaman mübarizə aparılıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Press-relizlər
22.02.2019 / 12:38
Ətraflı oxu

Lerikdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
10.04.2019 / 15:55
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib

Press-relizlər
15.01.2018 / 15:17
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər
12.11.2019 / 15:43
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.05.2019 / 16:08
Ətraflı oxu

Göygöl rayonunda regional müşavirə keçirilib

Press-relizlər
28.04.2017 / 18:01
Ətraflı oxu