Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər / 09.07.2019 / 17:53

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger ilə görüşüb.

Səfirə diplomatik fəaliyyəti dövründə uğurlar arzulayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlər barədə danışıb. Bütün dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək sayılan xarakterik xüsusiyyətləri olduğuna diqqət çəkib. Sədr müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti və mədəniyyətinin Ümummilli Liderimiz Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmləndiyini və bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini deyib. M.Qurbanlı Prezident İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə xüsusi diqqət ayırmasından, dövlət səviyyəsində tolerantlıq və multikultural dəyərlərin qorunmasından da söz açıb.

Azərbaycanda dini etiqad azadlığının qanunla təsbit edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı ölkəmizdə zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.

O, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini, mütəmadi olaraq müxtəlif dinlərə məxsus ibadətgahların inşa və bərpa edildiyini, dini icmalara maliyyə yardımlarının ayrıldığını deyib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger Azərbaycanda mövcud olan dinlərarası harmoniyanın, qarşılıqlı etimad mühitinin, bu sahədə əldə edilən nailiyyətlərin artıq etiraf edilən həqiqət olduğunu bildirib.

Eyni zamanda görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının  16-18 iyul tarixlərində iştirak edəcəyi Vaşinqtonda ABŞ-ın Dövlət Departamenti tərəfindən təşkil edilən II “Din Azadlığının İrəlilədilməsi üzrə” Nazirlər konfransı çərçivəsində keçiriləcək görüşlər barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Press-relizlər
16.05.2019 / 11:17
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

İslamın hər hansı bir modeli varmı?

İSLAM HƏMRƏYLİYİ İLİ
24.10.2017 / 12:29
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir baş tutub

Press-relizlər
23.05.2019 / 17:02
Ətraflı oxu

Əliheydər Zülfüqarov: “Azərbaycanda dövlət-din münasibətləri yüksək xətlə inkişaf edir”

Açıqlama
30.11.2015 / 19:49
Ətraflı oxu