Sabirabadda “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusu müzakirə olunub

Xəbərlər / 08.07.2019 / 16:08

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər məscidi”nin imam müavini Yusif Bağırov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq ölkə rəhbərliyi tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərilir. O da vurğulanıb ki, xalqımız hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


 

 


Son baxılan xəbərlər

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
28.06.2018 / 17:32
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
19.03.2018 / 12:22
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
26.11.2019 / 14:46
Ətraflı oxu

İsrailli ekspert: Azərbaycan radikallaşmanın qarşısını almağa necə nail olur?

Arxiv
31.03.2016 / 11:38
Ətraflı oxu

Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq (FOTO)

Press-relizlər
04.08.2013 / 10:28
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
18.09.2017 / 13:54
Ətraflı oxu