Bakıda dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat aşkarlanıb

Press-relizlər / 05.07.2019 / 17:06

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib. Reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Son baxılan xəbərlər

Göyçayda 20 yanvar şəhidləri anılıb

Press-relizlər
18.01.2018 / 18:01
Ətraflı oxu

Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər
23.11.2018 / 14:21
Ətraflı oxu

İslam həmrəyliyi sülhə və əminamanlığa çağırışdır

Press-relizlər
13.12.2017 / 17:07
Ətraflı oxu

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”

Müsahibələr
28.02.2020 / 17:33
Ətraflı oxu

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu

Ağsuda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Xəbərlər
10.10.2019 / 17:01
Ətraflı oxu