Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 05.07.2019 / 16:56

İyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə Saatlı rayon Qarayevkənd kənd məscidi dini icmasında “Dini radikalizmə qarşı mübarizə yolları və milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Qarayevkənd kənd məscidi  dini icmasının sədri  İsmayıl Calalov, dini icmanın üzvləri,  dindarlar  və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımlardan birinin maarifləndirmə olduğunu qeyd edib. O, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin  vacibliyindən danışıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, multikulturalizm və tolerantlıq, dini radikalizmin mahiyyətindən bəhs edərək, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında tədbir  iştirakçılarını məlumatlandırıb.

Sonda tədbir iştirakçılarını maraqlanıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi

Müsahibələr
07.06.2016 / 10:07
Ətraflı oxu

Xəbərlər
07.11.2019 / 17:15
Ətraflı oxu

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.09.2019 / 17:06
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

Xəbərlər
17.05.2019 / 15:50
Ətraflı oxu