Pirallahı və Xəzər rayonlarının müəllimlərinin iştirakı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

Press-relizlər / 28.06.2019 / 15:35

İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib.

Tədbirdə Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, təmsil etdiyi qurum təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə fəaliyyət göstərir. Məktəblilərin dinlə bağlı məlumatları etibarlı mənbədən almalarının vacibliyindən danışan G.İsmayılov qeyd edib ki, belə olduğu təqdirdə yeniyetmə və gənclərimiz zərərli dini ideologiyanın təsirinə düşməzlər. Sədr müavini çıxışında gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Gündüz İsmayılov bu sahədə müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Dövlət Komitəsinin sədr müavini, eyni zamanda cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov isə çıxışında  milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunub. H.Əsgərov vurğulayıb ki, dini dəyərlər mənəvi dəyərlər sistemində xüsusi yer tutur. BŞTİ-nin müdir müavini, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Konfransda təhsil işçilərinin maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


Son baxılan xəbərlər

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
02.02.2019 / 11:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

Press-relizlər
11.10.2019 / 15:30
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

Komitənin sədr müavini Gündüz İsmayılov:" Bizim hədəfimiz radikallarla mübarizədir"

Müsahibələr
22.09.2016 / 12:27
Ətraflı oxu