Nizami rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 13.06.2019 / 10:25

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Nizami Rayon İcra Hakimiyyəti (RİH) və Nizami Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində  “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Nuru İmanov, Nizami Rayon Prokurorluğunun əməkdaşı Səadət Rüstəmova, məktəbin direktoru Rahim Novruzov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rahim Novruzov dini radikalizm və ekstremizmlə bağlı orta ümumtəhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov dini savadsızlıq, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılmasının qaçınılmaz olduğunu, xurafatın dini radikalizmin özəyini təşkil etdiyini diqqətə çatdırıb.

Nizami Rayon Prokurorluğunun əməkdaşı Səadət Rüstəmova öz çıxışında dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizm və ekstremizmin İslam dininə əks qütbdə dayandığını vurğulamaqla yanaşı, dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin və maarifləndirmənin əvəzsiz rol oynadığını vurğulayıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 15:59
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Göyçayda 20 Yanvar faciəsinin qurbanları anılıb

Press-relizlər
17.01.2019 / 15:14
Ətraflı oxu

Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təqdim olunub

Press-relizlər
12.07.2019 / 12:39
Ətraflı oxu