Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər / 13.06.2019 / 09:40

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazırliyinin “Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizəyə dair 2019-cu il üçün birgə Tədbirlər Planı”na uyğun olaraq Zaqatala Nizami Gəncəvi adına Mərkəzi rayon kitabxanasında “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir adlı seminar keçirilib.

Seminarda Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndələri, mədəniyyət işçiləri, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları iştirak ediblər.

Seminarı Zaqatala rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülnigar Məmmədova giriş sözü ilə açıb, mövzunun mahiyyətindən və aktuallığından bəhs edib.

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyindən, görülmüş işlərdən bəhs edib. Azərbaycanda mövcud olan dini tolerantlığın dünyanın bir çox ölkəsinə nümunə olduğunu qeyd edib. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Dini radikalizmin yaranması səbəbləri, yayılma metodları, törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Təhsilin və maarifləndirmənin dini radikalizmə qarşı mübarizədə ən effektiv vasitə olduğunu bildirib.  

Sonda  DQİDK-nın sifarişi ilə çəkilmiş ”Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Komitə sədri Rumıniya səfiri ilə görüşüb

Press-relizlər
11.03.2021 / 14:02
Ətraflı oxu

“N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
23.01.2020 / 17:47
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızıda tədbir keçirilib

Press-relizlər
25.05.2016 / 17:56
Ətraflı oxu

Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Xəbərlər
11.06.2021 / 15:16
Ətraflı oxu

Prezident İlham Əliyev: "İşğal dövründə Ermənistan bütün mədəni və dini abidələri qəsdən dağıdıb"

Xəbərlər
13.07.2021 / 17:31
Ətraflı oxu

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib

Xəbərlər
06.07.2021 / 16:29
Ətraflı oxu