DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilir

Press-relizlər / 12.06.2019 / 15:24

İyunun 12-də Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib. Məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov mövzunun əhəmiyyətindən danışıb. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən rayonun işğal edildiyini qeyd edən natiq bildirib ki, işğala qədər rayon ərazisində 30-dan artıq məscid, kilsə, 6 ziyarətgah mövcud olub. Təəssüf ki, ermənilər işğal etdikləri ərazilərdəki, o cümlədən Kəlbəcərdəki qədim Azərbaycan abidələrini məhv edir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmin yaranma səbəbləri və onunla mübarizə metodlarından danışıb. Sədr müavini, eyni zamanda deyib ki, dini inanc sistemi əxlaqi və mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə, eləcə də geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir təşkilatlanma şəklində təzahur edəndə dini radikalizm meydana gəlir. Onun sözlərinə görə, din və siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. “Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də, liberal demokratik siyasi quruluşlar inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır”,- deyə komitə sədrinin müavini əlavə edib.

Azərbaycanın unitar, hüquqi, demokratik və dünyəvi dövlət olduğunu bildirən G.İsmayılovun sözlərinə görə, respublikamızda dünyəvilik konstitusiyada öz əksini tapıb. Sədr müavini onu deyib ki, dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir diondar dövlətimizin qayğısı ilə əhatə olunub. Bildirilib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir.

Seminar-treninq iyunun 13-də öz işini müzakirələrlə davam etdirəcəkdir.

 


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

“Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” adlı tədbir keçirilib

Press-relizlər
04.04.2018 / 12:11
Ətraflı oxu

Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir

Müsahibələr
19.03.2019 / 12:03
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

Xəbərlər
29.11.2014 / 10:05
Ətraflı oxu

Zaqatalada “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2018 / 18:16
Ətraflı oxu