Xətai rayonunda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər / 04.06.2019 / 15:38

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu 245 saylı tam orta məktəbdə “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, məktəbin direktoru Ülviyyə İsmayılova, Xətai Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon ərazisində yerləşən məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ülviyyə İsmayılova mənəvi dəyərlərin təbliğində gənclərin rolunun vacibliyindən danışıb.

Daha sonra DQİDK-nın əməkdaşı Vasif Musayev dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, qeyri-ənənəvi təriqətlərin və dini cərəyanların yaratdığı fəsadlar haqqında geniş mühazirə ilə çıxış edib.

Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dinə dövlət qayğısından bəhs edib.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 

 


Son baxılan xəbərlər

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu

Şeyxülislam Allahşükür Paşazadə: Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır

Açıqlama
12.06.2019 / 12:37
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Ahıl qadınlar üçün maarifləndirici seminar keçirilib

Press-relizlər
28.10.2016 / 17:46
Ətraflı oxu

“Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2018 / 12:50
Ətraflı oxu