Press-relizlər / 07.06.2019 / 14:12
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 284 saylı tam orta məktəbində "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Xalidə Rzayeva və Amal Məlikov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, 284 nömrəli məktəbin direktoru Nizami Novruzov, müəllim və şagirdlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami Novruzov ölkəmizdə insan hüquqlarının daima ön planda olduğunu və dövlətimizin bu sahədə gördüyü işlərdən danışıb.
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov "İnsan hüquqları aylığı" çərçivəsində ölkəmizdə keçirilən tədbirlər haqqında məlumat verib.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev hüquqların və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəziflərinidə əhatə etdiyini, hüquqlardan sui-istifadəyə yol verilmədiyini diqqətə çatdırıb
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov vurğulayıb ki, Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə, bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
*** *** ***
İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, müəllimlər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Liseyin direktoru A.Kərimov çıxışında keçirilən tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışlarında insan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı haqqında məlumat verərək bildiriblər ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlər həyata keçirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.