Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 04.06.2019 / 10:56

İyunun 4-də Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib. Məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova mövzunun əhəmiyyətindən danışıb. J.Süleymanova, eyni zamanda rayondakı dini durum barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. G. İsmayılov deyib ki, terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır. Sədr müavinin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Bütün səmavi dinlərin, o cümlədən İslamın insanları sülhə, əmin-amanlığa, elm öyrənməyə səslədiyini vurğulayan G. İsmayılov deyib ki, istər Quranda, istərsə də başqa mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə çağırışlar edilib, elm öyrənənlərə, alimlərə hörmətlə yanaşılıb, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunub.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

 


Son baxılan xəbərlər

Ucarda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.04.2017 / 16:53
Ətraflı oxu

Səyavuş Heydərov: "Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir"

Müsahibələr
27.01.2017 / 15:10
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
02.02.2018 / 16:08
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu

“Şamaxı Cümə məscidi ” adlı kitab nəşr olunub

Kitablar
27.10.2017 / 15:53
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
25.07.2016 / 16:34
Ətraflı oxu