Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər / 30.05.2019 / 15:00

Mayın 30-da Masallı rayonu Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Yelmar Paşayev, Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbinin direktoru Ramiz Nuriyev, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbinin direktoru Ramiz Nuriyev açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında narkomaniya, erkən nikah və dini radikalizmin fəsadlarından söhbət açaraq bu bəladan gənclərin xilas olmaları üçün belə maarifləndirici tədbirlərin təhsil müəssisələrində keçirilməsini tövsiyə edib. M.Bədirov bildirib ki, indiki gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə etmək lazımdır.

Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxışında zərərli vərdişlərə qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən söhbət açaraq vurğulayıb ki, görülən işlər nəticəsində erkən nikah, narkomaniya və radikal dini cərəyanlara qoşulanların statistikasında azalma hiss olunur.

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

***

Mayın 30-da Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Balakən 1 saylı Peşə məktəbində “Dini radikalizm və ekstremizm ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, Balakən RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla  profilaktik işin təşkili qrupunun baş inspektoru Sahil Bayramov, Balakən 1 saylı Peşə məktəbinin direktoru Rəhim Tağıyev, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhim Tağıyev qeyd edib ki, gənclərin radikal dini meyillərdən, yad təsirlərdən qorunmasında valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. R.Tağıyev çıxışında keçirilən maarifləndirmə tədbirinin aktuallığını və əhəmiyyətini  vurğulayıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev bildirib ki, dində mövhumat və xurafat, radikalizm, terorrizm və bir çox mənfi hallar cahillikdən yaranır. Dini radikalizm və ekstremizmin cəmiyyətimizdə yaratdığı fəsadlar haqqında ətraflı məlumat verən E.Atakişiyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən söylənilmiş və  dövrümüzün reallığını özündə əks etdirən “Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsinlər” sözlərini vurğulayıb.

Balakən RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Sahil Bayramov dini radikalizm və ekstremizmə qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xəzər rayonunda “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.03.2020 / 17:35
Ətraflı oxu

Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib

Press-relizlər
16.02.2018 / 11:54
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi Yay məktəbi başa çatıb

Press-relizlər
03.09.2018 / 14:46
Ətraflı oxu