Göyçayda “28 May – Respublika Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər / 27.05.2019 / 17:39

Mayın 27-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə  28 May - Respublika Günü münasibətilə  “Şərqin ilk demoktarik  Respublikası - Azərbaycan Xalq Cümhuriyyəti”  mövzusunda dəyirmi masa keçirilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən  tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, kollecin direktoru İrşad Abbasov, təhsil işçiləri, kollecin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Nizami rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
13.06.2019 / 10:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-dan olan jurnalistlə görüşüb

Press-relizlər
25.09.2019 / 17:05
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Press-relizlər
21.05.2019 / 16:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
09.07.2019 / 17:53
Ətraflı oxu

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Press-relizlər
20.12.2017 / 17:02
Ətraflı oxu