“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər / 27.05.2019 / 14:58

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçlığı ilə Beyləqan şəhər 2 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tofiq Məmmədov, Beyləqan rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi baş inspektoru mayor Mübariz Məhərrəmov, Beyləqan şəhər 2 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.      

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tofiq Məmmədov, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.      

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Beyləqan rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi baş inspektoru mayor Mübariz  Məhərrəmov  öz çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Məktəbin müəllimləri İlhamə Məmmədova və Günel Bəşirova ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışıblar.        

Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.  

***                                                   ***                                                                            ***

Mayın 27-də DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, məktəbin direktoru Xədicə Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Mövzu ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib.

 

 


Son baxılan xəbərlər

Dini radikalizmlə mübarizə: necə və nə etməli

Press-relizlər
23.04.2019 / 18:05
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Dövlət Bayrağı Günü münasibətilə Cocuq Mərcanlıya səfər edib

Press-relizlər
12.11.2018 / 10:20
Ətraflı oxu

Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
18.10.2017 / 17:59
Ətraflı oxu

Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
30.10.2018 / 15:54
Ətraflı oxu

Masallıda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu müzakirə olunub

Press-relizlər
24.07.2018 / 14:39
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Press-relizlər
14.11.2018 / 10:15
Ətraflı oxu