Astara rayonunda tədbir keçirilib

Press-relizlər / 23.05.2019 / 16:56

Mayın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında insan hüquqlarının qorunmasında milli-mənəvi dəyərlərin rolundan danışıb. T.Həsənzadə ölkəmizdə tolerantlıq və multikultural ənənələrin insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində başlıca rol oynadığını vurğulayıb.

Ziya İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.

Elnur Rəsulov çıxışında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 17:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu

Elşad İskəndərov Kanada İcmalar Palatası sədrinin müavinini qəbul edib - FOTO

Xəbərlər
05.04.2013 / 11:07
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2019 / 16:29
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Bayrağımız qürurumuz, and yerimizdir

Xəbərlər
08.11.2019 / 16:36
Ətraflı oxu