Qaxda dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər / 23.05.2019 / 09:44

Mayın 22-də Qax rayonu Almalı kənd tam orta məktəbində Qax Rayon İcra Hakimiyyətinin,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin (DQİDK) və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin yeri və rolu” mövzusunda tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Almalı kənd tam orta məktəbinin direktoru Müzəffər Səfərov, məktəbin müəllimləri  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Müzəffər Səfərov mövzunun əhəmiyyətindən bəhs edib. DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov milli-mənəvi dəyərlərdən və dini radikalizmlə mübarizədə mənəvi dəyərlərin rolundan danışıb və DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə məlumat verib.

Tədbir  “Şəhadət” sənədli filminin nümayişi ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Qazaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
21.06.2018 / 16:52
Ətraflı oxu

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

Xətai rayonunda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər
04.06.2019 / 15:38
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu

Şeyxülislam Allahşükür Paşazadə: Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır

Açıqlama
12.06.2019 / 12:37
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu