Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 22.05.2019 / 16:43

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu 311 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Aslan Sultanov, Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, məktəbin direktoru Esmira Muradova, 67, 71, 75, 81, 170, 192, 252, 255, 259, 271, 307, 309 və 310 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Esmira Muradova mənəvi dəyərlərin təbliğində gənclərin rolunun vacibliyindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov tədbirdə çıxış edərək dövlətin milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi diqqətdən danışıb. A.Sultanov yad təsirlərdən qorunmaq üçün milli-mənəvi dəyərlərin təbliğində maarifləndirmə işinin həyata keçirməsinin zəruriliyini vurğulayıb. Vasif Musayev isə çıxışında dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, qeyri-ənənəvi təriqətlərin və dini cərəyanların yaratdığı fəsadlardan bəhs edib.

Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın üzərinə düşən vəzifə olduğunu bildirib.

Mayın 22-də Suraxanı rayonu 114 saylı tam orta məktəbdə keçirilən tədbirdə isə DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Xalidə Rzayeva, məktəbin direktoru Rizvan Həmidov, 65,76,79,84,85,87,97,140,154,208,226 və 232 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri,  müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə dini fanatizmin, radikal dini meyillərin fəsadlarından danışılıb. İştirakçıları maraqlandıran sullar cavablandırılıb.

Hər iki tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


 


Son baxılan xəbərlər

Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib

Xəbərlər
04.09.2020 / 12:06
Ətraflı oxu

Kürdəmirdə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
29.08.2019 / 15:37
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.10.2019 / 16:41
Ətraflı oxu

Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
26.04.2019 / 16:57
Ətraflı oxu