Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 22.05.2019 / 16:02

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 159 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Samirə Rəhimli, məktəbin direktoru Vahid Xəlilov, rayonun digər məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, uşaqlar birliyi rəhbəri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vahid Xəlilov xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib, mənəvi dəyərlərin təbliğində gənclərin rolunundan danışıb.

DQİDK-nın əməkdaşı Aslan Sultanov dövlətin milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi diqqət barədə danışmış, yad təsirlərdən qorunmaq üçün milli-mənəvi dəyərləri təbliğində maarifləndirmə işinin həyata keçirməsinin zəruriliyini vurğulayıb.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini ...

Press-relizlər
14.11.2018 / 15:00
Ətraflı oxu

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu

Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:57
Ətraflı oxu

“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.01.2017 / 13:18
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq bir ənənədir"

Açıqlama
01.12.2016 / 13:13
Ətraflı oxu