Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Press-relizlər / 21.05.2019 / 16:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq, mayın 21-də bir neçə cəzaçəkmə müəssisəsində seminar-treninqlər keçirilib.

11 və 16 saylı cəzaçəkmə müəssisələrində “Ramazan rəhmət və bağışlanma ayıdır” mövzusunda  keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev, həmçinin  Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov iştirak ediblər.

Dövlət Komitəsinin əməkdaşları Mahir Qəniyev və Rövşən Nəzərov Ramazan ayının fəziləti, həmçinin tövbə mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 16:55
Ətraflı oxu

“Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” mövzusu müzakirə edilib

Press-relizlər
28.06.2018 / 18:10
Ətraflı oxu

“Radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2017 / 13:06
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Sabirabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.09.2018 / 16:56
Ətraflı oxu

Azərbaycanda dinlər və məzhəblərarası həmrəylik mühiti dünyaya nümunə kimi göstərilir

Press-relizlər
05.12.2018 / 16:32
Ətraflı oxu