"SOCAR-KBR" MMC-də maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 16.05.2019 / 16:38

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərkibindəki "SOCAR-KBR" MMC-nin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, şirkətin Baş menecerinin müavini Nazim Qasımov, eləcə də müəssisənin əməkdaşları iştirak ediblər.

Tədbirin maarifləndirici xarakter daşıdığını bildirən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu cür görüşlərin cəmiyyətin bütün təbəqələrini, xüsusilə ali və orta məktəbləri, strateji əhəmiyyət kəsb edən idarə və müəssisələri, hərbi hissələri, cəzaçəkmə müəssisələrini əhatə etdiyini bildirib. Sədr müavini deyib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların respublikamıza ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir. Azərbaycanın uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan respublika kimi tanındığını bildirən sədr müavini dövlət tərəfindən dini təhlükəsizlik məsələsinə böyük önəm verildiyini, bu istiqamətdə ciddi addımlar atıldığını bildirib. S.Heydərov ölkəmizin mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin etdiyini və bu siyasətin hazırkı dövrdə davam etdirilməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan Komitənin sədr müavini radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edib.O, həmçinin xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda, bunların qarşısının alınması yollarından söz açıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Hacıqabulda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
26.11.2018 / 15:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Xızıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.07.2019 / 14:41
Ətraflı oxu

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
23.10.2018 / 09:53
Ətraflı oxu

Bərdədə “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 09:28
Ətraflı oxu