Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 16.05.2019 / 17:20

Mayın 16-da Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Surağat Qurbanov adına Katex kənd 1 saylı tam orta məktəbində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev və məsləhətçi vəzifəsini icra edən Ləman Balayeva, Balakən rayonu Surağat Qurbanov adına Katex kənd 1 saylı tam orta məktəbin direktoru Əsəb Manahov, müəllimlər və şagirdlər iştirak ediblər.                                 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əsəb Manahov keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışıb.Təhsilin, təlim-tərbiyənin insan şəxsiyyətinin formalaşmasında böyük rolu olduğunu bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev öz çıxışında qeyd edib ki, maarifləndirmə düzgün aparıldığı təqdirdə dini təhlükəsizliyə yönələn təhdidlər azalır, ictimai-siyasi sabitlik təmin olunur. Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında ətraflı məlumat verən E.Atakişiyev vurğulayıb ki, bu gün Azərbaycanda mövcud olan ictimai sabitlik mühiti Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən milli siyasətin nəticəsidir.

Daha sonra çıxış edən Ləman Balayeva bildirib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan əsas problemlərdən biridir. L.Balayeva gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini vurğulayıb.

Tədbirdə “Şəhadət” sənədli filmi nümayiş edilib.                                                       

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.05.2019 / 14:35
Ətraflı oxu

Ucarda “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.05.2017 / 10:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Xəbərlər
09.10.2018 / 12:38
Ətraflı oxu

Sərdar Məhəmməd Yunis: Pakistan Azərbaycanla dini-mənəvi sahədə əməkdaşlığa hər zaman hazırdır

İSLAM HƏMRƏYLİYİ İLİ
17.10.2017 / 16:09
Ətraflı oxu