Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər / 17.05.2019 / 12:30

16 və 17 may tarixlərində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı təmsil etdiyi qurumun dini dəyərlərin təbliğatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən sədrin birinci müavini dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyinə toxunub.

Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, dövlət-din münasibətlərini özündə əks etdirən müddəalar barədə də danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını deyib. Bildirib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. S.Salahlı tolerantlığın radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb.

Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran natiq cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə 2200-dən artıq məscidin mövcud olduğunu vurğulayan Q.Axundzadə son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ibadətgahların inşasını ölkə başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsi adlandırıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev dini radikallığın mahiyyəti ve meyarlarından söhbət açıb. Dini radikalizmə zəmin yaradan amillər barədə də danışan natiq din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətlərinin dini radikalizmin bariz örnəklərini təşkil etdiyini bildirib.

İslam dininin sülhsevərliyi, tolerantlığı təbliğ etməsindən, həmçinin zorakılığa və terrora qarşı olmasından bəhs edən “Üfüqdəki gələcək”  filminin də nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə müzakirələrlə öz işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Rayonlarda “Beynəlxalq Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
08.09.2015 / 15:39
Ətraflı oxu

Nərimanovda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
07.06.2017 / 10:07
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
20.09.2019 / 11:15
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Bakının Qobustan qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusu müzakirə olunub

Xəbərlər
02.05.2019 / 18:06
Ətraflı oxu

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”

Müsahibələr
24.07.2018 / 10:18
Ətraflı oxu