Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 13.05.2019 / 16:29

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Ələt qəsəbəsi Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif  Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbə əməkdaşı Nuru İmanov, məktəbin direktoru Şəfayət Orucova, 105, 127, 195,  223,  302,  303  və  321 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor Ş.Orucova Ələt qəsəbəsində yerləşən ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Y.Nəsibov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin üzərinə düşən vəzifə olduğunu bildirib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov öz çıxışında Ələt qəsəbəsində gəncləri öz təsir qüvvəsi altına salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan radikal qeyri-ənənəvi dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda ‘Fitnə’ sənədli film nümayiş etdirilib.


Son baxılan xəbərlər

Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır

Multikulturalizm
10.11.2016 / 15:14
Ətraflı oxu

Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı üzərində razılıq əldə olunub ...

Press-relizlər
05.02.2014 / 09:47
Ətraflı oxu

Kürdəmirdə dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 17:05
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Zaqatalada “İslam və milli kimlik” adlı konfrans təşkil olunub

Press-relizlər
25.05.2017 / 16:07
Ətraflı oxu

Prezident İlham Əliyev:Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur

Xəbərlər
16.07.2018 / 17:35
Ətraflı oxu