Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər / 07.05.2019 / 17:14

Mayın 7-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.

Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Mais Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mais Kazımov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, çoxşaxəli fəaliyyəti haqqında məlumat verib. M.Kazımov keçirilən tədbirin gənclərin mənəvi-psixoloji hazırlığı və ictimai dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və qorunması sahəsində əvəzsiz xidmətlərini qeyd edib. Natiq Ümummilli Liderin fəaliyyətinin öyrənilməsinin hər bir vətəndaş üçün mənəvi borc olduğunu vurğulayıb.    

 DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə qayıdışın baş verdiyini bildirib. E.Həmidli ölkəmizdə dövlət-din münasibətlərinin Ulu Öndər tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. C.Axundzadə həmçinin Heydər Əliyevin təhsilin inkişafı naminə gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra məktəbin müəllimləri Xanlar Səfərov, Tükəzban Cahangirova, Günel Şükürova və Nəzakət Baxşiyeva Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki fəaliyyəti haqqında çıxış ediblər.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film izlənilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.


Son baxılan xəbərlər

Saatlıda “Vətən sevgisi – şəhidlik zirvəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.01.2020 / 14:58
Ətraflı oxu

Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.05.2018 / 15:15
Ətraflı oxu

Dini radikalizm İslam həmrəyliyinə ziddir

Press-relizlər
08.02.2018 / 14:41
Ətraflı oxu

Binəqədidə “Dövlət və din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.10.2019 / 14:30
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

İsmayıllıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 16:17
Ətraflı oxu