Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 07.05.2019 / 16:21

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər “ASAN” Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, mərkəzin direktoru İlham İlyasov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil mərkəzinin direktoru İlham İlyasov Azərbaycan xalqının tarixən öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu və bu mövzuda keçirilən maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı narahat edən aktual məsələlərdən biri olduğunu qeyd edib. Natiq Əfəndiyev müasir dövrdə dini radikalizm və ekstremizmdən əziyyət çəkən dövlətlərin əksəriyyətinin İslam ölkələri olduğunu vurğulayaraq bildirib ki, İslam dini ümumbəşəri, sülh və əmin-amanlıq dinidir. Şöbə müdiri respublikamızda dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə böyük önəm verildiyini vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Fərid Vaqifli Azərbaycanın tolerant və multikultiralizm dəyərlərinə bağlı bir ölkə olduğunu qeyd edərək, radikalizm və ekstremizmə qarşı hər zaman dövlətimiz tərəfindən mübarizə aparıldığını bildirib.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Press-relizlər
21.08.2020 / 16:01
Ətraflı oxu

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu

Gündüz İsmayılov: “Dinimizin əsas məqsədlərindən biri də bilikli, elmli, nümunəvi vətəndaş formalaşdırmaqdır”

Press-relizlər
17.12.2019 / 14:36
Ətraflı oxu

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.08.2015 / 17:46
Ətraflı oxu

Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib

Press-relizlər
14.11.2019 / 17:35
Ətraflı oxu

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu