Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib

Press-relizlər / 03.05.2019 / 14:36

Mayın 3-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbin direktor müavini Afdandil Mikayılov, məktəbin müəllimləri  və  şagirdlər iştirak ediblər.

Tədbir başlamazdan öncə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbin direktor müavini Afdandil Mikayılov dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. O, radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə ətraflı məlumat verib.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.       


Son baxılan xəbərlər

Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Press-relizlər
25.02.2019 / 12:44
Ətraflı oxu

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması ...

Xəbərlər
20.07.2017 / 11:38
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
21.11.2019 / 11:25
Ətraflı oxu

“İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 16:55
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu