Bölgələrdə Ramazan ayının başlanması münasibətilə tədbirlər keçirilir

Press-relizlər / 03.05.2019 / 09:48

Mayın 2-də Ramazan ayının başlanması münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Lənkəran və Göyçay rayonlarında tədbirlər keçirilib.

Lənkəranda “Milli-mənəvi dəyərlərimizin qorunmasında din xadimlərinin rolu” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri, Göyçayda keçirilən tədbirdə isə  Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Göyçay - Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Hər iki tədbirdə ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi qayğıdan bəhs olunub. Eyni zamanda Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyini qeyd edilib.

***                                                                                           ***                                                                                                      ***

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə  şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar “Ramazan ayı və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK -nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə Qazısı Mirqiyas Təhməzov, Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov, dini icmaların sədrləri, din xadimləri,eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Qurani-Kərimdən ayələr oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar və Elmi-Dini şuranın Ramazan ayı ilə əlaqədar Fətvası oxunub. Vurğulanıb ki, QMİ-nin tərtib etdiyi təqvimə müvafiq olaraq namaz və azan vaxtlarına ciddi əməl edilməlidir.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Təhsil Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə Fəaliyyət Planı imzalanıb

Press-relizlər
09.02.2017 / 14:28
Ətraflı oxu

Ceyhun Məmmədov: “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”

Press-relizlər
11.12.2018 / 16:37
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır

Açıqlama
15.03.2018 / 17:12
Ətraflı oxu

Yardımlıda “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2016 / 14:35
Ətraflı oxu