Mübariz Qurbanlı: “Xaricdə təhsil alan gənclərimizin ekstremist təşkilatların təsiri altına düşməməsi üçün tədbirlər görülür”

Açıqlama / 02.09.2015 / 14:57

 “Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyədə bir neçə azərbaycanlı tələbənin PKK terror təşkilatına qoşulması barədə məlumata münasibət bildirərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan azad ölkədir və Azərbaycanda gənclərin xarici ölkələrdə təhsil almasında heç bir məhdudiyyət yoxdur: “Azərbaycanda yalnız dini təhsil ilə bağlı qanunda müəyyən düzəliş var. Bu da ondan ibarətdir ki, Azərbaycanda məsciddə, sinaqoqda, kilsədə yalnız Azərbaycanda təhsil almış şəxslər dini ayinləri icra edə bilərlər. Bu məhdudiyyət bütün ölkələrdə var və bu belə də olmalıdır. Amma təhsilin qalan sahələrində heç bir məhdudiyyət yoxdur”.
M.Qurbanlı deyib ki, Azərbaycanda dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilənlər var, eyni zamanda, müstəqil şəkildə bu və ya digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr var: “Minlərlə Azərbaycan gənci müxtəlif ölkələrdə təhsil alır. Türkiyədə təhsil alan gənclərimiz, onların fəaliyyəti ilə bağlı Ankaradakı səfirliyimiz, İstanbuldakı konsulluq və digər şəhərlərdə olan qurumlarımız məşğul olurlar. Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində həmin tələbələr arasında müəyyən izahat işləri aparılır, müxtəlif səviyyələrdə dövlət nümayəndələrinin həmin ölkələrə səfərləri zamanı tələbələr ilə görüşlər keçirilir. Məsələn, mən Türkiyədə və İranda rəsmi səfərdə olduğum zaman dini təhsil alan tələbələrlə ayrıca görüşmüşdüm”.
M.Qurbanlı vurğulayıb ki, müxtəlif nazirliklərin nümayəndələri də bu istiqamətdə işlər aparırlar. Komitə sədri qeyd edib ki, Təhsil Nazirliyi bu sahədə xüsusi bir proqram həyata keçirir.Amma insanların bu və ya digər qrupların təsiri altına düşməsinin qarşısını tam almaq o qədər də asan məsələ deyil. Türkiyədə təsir altına düşən bəzi gənclər olub. Müvafiq qurumlar bunu araşdırırlar. Amma bunlar tək-tək hallardır. Belə halları biz ümumiləşdirə bilmərik. Türkiyədə minlərlə azərbaycanlı tələbə təhsil alır. Onların içərisində əgər 2-3 nəfər bu cür qrupların təsiri altına düşübsə, bunu ümumiləşdirmək olmaz. Hesab edirəm ki, bu istiqamətdə izahat işi çox aparılmalıdır. KİV-lərin də üzərinə bu məsələdə çox iş düşür. Ailələr xaricdə təsil alan övladları üzərində təsirlərini artırmalıdırlar. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri isə bu istiqamətdə fəaliyyəti daha da gücləndirməlidir”

Son baxılan xəbərlər

Bakıda “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

Press-relizlər
29.06.2018 / 16:12
Ətraflı oxu

Astarada "Sülh aylığı" çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.08.2019 / 09:12
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
03.04.2019 / 15:05
Ətraflı oxu

Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2018 / 17:57
Ətraflı oxu

Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur

Müsahibələr
11.04.2015 / 11:05
Ətraflı oxu

Gəncədə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
14.03.2018 / 17:42
Ətraflı oxu