Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 01.05.2019 / 15:08

 Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Sabirabad rayon Peşə Liseyində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə  təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi  Məhərrəmli, Sabirabad rayon Peşə Liseyinin  direktoru  Vahid  Abdullayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Vahid Abdullayev DQİDK-nın Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini, xüsusilə təhsil müəssisələrində məktəbli və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirildiyini qeyd edib.

DQİDK-nınm İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli gənclərin dini radikalizm və ekstremizm bəlasından qorunmaları üçün, onların düzgün təhsil almalarının, müasir dünyagörüşünə sahib olmalarının və milli-mənəvi dəyərlərimizin onlara düzgün təbliğ edilməsinin vacibliyini vurğulayıb. O, dini radikalizm və ekstremizmin  cəmiyyətə ən böyük təhdidlərdən biri olduğunu bildirib.

Liseyinin direktor müavini Qədirov Məmmədzadə və digərləri çıxışlarında gənclərin dini radikalizm və ekstremizmə qarşı mübarizədə, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.     

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu

Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir

Press-relizlər
29.09.2017 / 16:52
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2018 / 16:50
Ətraflı oxu