Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Press-relizlər / 26.04.2019 / 16:57

Bərdədə 25 və 26 aprel tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə DQİDK və RİH-in rəsmi nümayəndələri, rayon, idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Fəxrəddin Əzizov açaraq mövzunun aktuallığını diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. F.Əzizov cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Bu istiqamətdə aparılan maarifləndirmə işində qadınların üzərinə də məsuliyyət düşdüyünü xüsusi vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini maarifçilik işində qadınlar" adlı təqdimatla çıxış edib. Şöbə müdiri dini maarifçiliyin təşkili, onun əhəmiyyəti və bu işdə qadınların rolu haqqında geniş məlumat verib. Dinlərin bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının gənclərə təbliğ edilməsinin vacib məqam olduğunu söyləyib, o cümlədən dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə gənclərə aşılanmasının zəruriliyini dilə gətirib, bu dəyərlərin qorunmasında və gələcək nəsillərə çatdırılmasında cəmiyyətin bütün təbəqələrinin üzərinə mühüm vəzifə düşdüyünü diqqətə çatdırıb. Ölkəmizin multikultural və tolerant dəyərləri, onların qorunması və təbliğində cəmiyyətin, xüsusilə qadınların yeri və rolunu qeyd edən E.Kərimova hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu vurğulayıb.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Erkən nikah və onun fəsadları” mövzusundakı təqdimatında erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranmasının səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verib. Erkən nikaha zəmin yaradan səbəblərə toxunan Y.Əliyeva onun bir çox hallarda ailədaxili zorakılıq hallarının, ana və uşaq ölümlərinin, boşanmaların sayının artması, qadınlarda müxtəlif psixoloji, fizioloji xəstəliklərin yaranması kimi problemlərə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, erkən nikah, ilk növbədə, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və problemin yaranmasında valideynlərlə yanaşı, gənclərin təhsil aldığı məktəb, ictimaiyyət də məsuliyyət daşıyır. Y.Əliyeva təhsilin və bu istiqamətdə maarifləndirmənin sözügedən problemin həll olunmasına çox böyük fayda ola biləcəyini söyləyib.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Xurafat: necə və nə etməli” mövzusundakı təqdimatında xurafat və onun törətdiyi fəsadlara toxunub. Xurafatın zərərləri ilə bağlı nümunələr gətirən A.Abdullayeva onun cəmiyyətin inkişafına mane olduğunu və qarşısının alınmasında maarifləndirmənin, islami dəyərlərin düzgün formada, olduğu kimi təbliğ edilməsinin əhəmiyyətini qeyd edib.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

 

 


Son baxılan xəbərlər

Astarada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
10.07.2018 / 15:45
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir”

Açıqlama
30.11.2015 / 19:18
Ətraflı oxu

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
10.09.2019 / 17:53
Ətraflı oxu

Göyçayda “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.04.2017 / 14:19
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu