Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Press-relizlər / 24.04.2019 / 12:54

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə bu rayondan, həmçinin Ağdam, Tərtər və Laçından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Son baxılan xəbərlər

Press-relizlər
26.07.2019 / 10:56
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 17-ci ili tamam olur

Press-relizlər
21.06.2018 / 09:44
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin ...

Xəbərlər
14.02.2014 / 16:28
Ətraflı oxu

Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib

Xəbərlər
14.11.2019 / 16:31
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.05.2021 / 16:58
Ətraflı oxu

20 Yanvar faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib

Press-relizlər
18.01.2021 / 17:05
Ətraflı oxu