Dini radikalizmlə mübarizə: necə və nə etməli

Press-relizlər / 23.04.2019 / 18:05

Aprelin 23-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli”  mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə Zaqatala RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov və Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Muradov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayon qazısı Malik Bilalov, kənd dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov mövzunun aktuallığından danışaraq bildirib ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında qeyd edib ki, günümüzdə  Yaxın Şərqdə gedən proseslərin meydana çıxmasına səbəb dini radikalizm və dini ekstremizmdir. Bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür. C.Əlifzadə, həmçinin din və elmin bir-birləri ilə vəhdət təşkil etməsindən elmin, təhsilin dini radikalizmə qarşı mübarizədə önəmindən danışıb.

Daha sonra Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov və QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov dini radikalizm və ona qarşı mübarizədə elm və təhsilin əhəmiyyətindən bəhs edib, dini radikalizmə qarşı mübarizədə dindarların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.

Çıxışlardan sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İsmayıllıda "Dini radikalizm, zərərli vərdişlər və erkən nikah" mövzusunda tədbir keçirilib

Press-relizlər
22.05.2018 / 16:00
Ətraflı oxu

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu

Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkar edilib

Press-relizlər
17.01.2018 / 17:09
Ətraflı oxu

Prezident İlham Əliyev: “Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz”

Xəbərlər
16.10.2019 / 09:30
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir"

Press-relizlər
08.07.2019 / 10:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşrlərindən ibarət kitab sərgisi keçirilib

Xəbərlər
19.12.2018 / 16:38
Ətraflı oxu