Qubada ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər / 18.04.2019 / 14:40

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Quba rayon Heydər Əliyev Mərkəzində baş tutan seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Quba RİH başçısı Aparatının rəsmisi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, eyni zamanda ziyalılar, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İkigünlük seminar-müşavirəni giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib  ki, hazırda Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verilir, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün lazımi şərait yaradılıb və bütün dini konfessiyalara  qayğı göstərilir. Sədrin birinci müavini qeyd edib ki, müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri də  mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc nəslə aşılanmasıdır. S.Salahlı bu baxımdan sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylərin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub. Cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran sədrin birinci müavini hər kəsi dini maarifləndirmə prosesinin aktiv iştirakçısı olmağa səsləyib.

QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov isə çıxışında gənclərin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorunmasında din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib. Həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Seminar-müşavirə aprelin 19-da işini davam etdirəcək.


Son baxılan xəbərlər

Liderlik nümunəsi

Xəbərlər
11.04.2019 / 17:34
Ətraflı oxu

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

Press-relizlər
16.05.2018 / 14:32
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”

Press-relizlər
06.04.2018 / 11:22
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Açıqlama
13.07.2015 / 16:13
Ətraflı oxu

Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
28.09.2018 / 10:37
Ətraflı oxu