Qaxda “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir baş tutub

Press-relizlər / 18.04.2019 / 10:38

 

Aprelin 17-də Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayon Baydarlı kənd tam orta məktəbində “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Baydarlı  kənd tam orta məktəbinin direktoru Bədrəddin Əzizov, müəllimlər  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Bədrəddin Əzizov tədbirin mahiyyətindən, millli-mənəvi dəyərlərin gənclərin vətənpərvər vətəndaş olaraq formalaşmasındakı rolundan danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında tədbir iştirakçılarına məlumat verib. T.Nəzərov dini ekstremizmin fəsadlarından bəhs edərək bildirib ki, gənclərimizin savadlı, geniş dünyagörüşünə malik olmaları belə mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli amildir.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr
07.12.2015 / 10:50
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Qusarda daha bir layihəyə yekun vurulub

Press-relizlər
07.11.2017 / 16:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu