Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 17.04.2019 / 17:00

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, məktəbin direktoru Şahsənəm Hüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahsənəm Hüseynova çıxışında dini radikalizm və ekstremizmə  qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalarının, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə dini radikalizm, ekstremizm və terrorizm məfhumlarının mahiyyətindən bəhs edərək gənclərin radikal dini təsirlərdən qorunmasınının əhəmiyyətini vurğulayıb. T.Həsənzadə dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında təhsilin və elmin böyük əhəmiyyət kəsb etdiyini və şagirdlərin cəmiyyətdə bir fərd kimi formalaşmağının əsas yolunun elmdən keçdiyini  qeyd edib.

Daha sonra çıxış edən məktəbin məktəbdənkənar və sinifdənxaric tədbirlər üzrə təşkilatçısı Nuranə Dadaşova şagirdlərin kənar təsirlərə düşməməsi üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

Xızıda “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
23.10.2018 / 16:02
Ətraflı oxu

Elşad İskəndərov: Azərbaycanda dinə marağın artması müşahidə edilir

Açıqlama
13.11.2012 / 16:14
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
09.04.2018 / 15:11
Ətraflı oxu