“Gənclərin dini radikalizmdən qorunması: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər / 17.04.2019 / 15:43

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağdaş şəhəri Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə “Gənclərin dini radikalizmdən qorunması: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş şəhəri Səməd Vurğun adına 1 saylı tam orta məktəbin direktor müavini Hicran Nəbiyeva, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Hicran Nəbiyeva gənclərin yad təsirlərdən və xüsusilə radikalizm təhlükəsindən qorunması üçün keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, gənclərin dünyagörüşünün formalaşması və sadalanan təhlükələrdən qorunmaları üçün təhsil amilinin vacibliyini vurğulayıb.  

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev gənclərin radikalizm bəlasından amanda qalmaları üçün, onların düzgün təhsil almalarının, müasir dünyagörüşünə sahib olmalarının və milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən dəyərlərin onlara düzgün təbliğ edilməsinin vacibliyini vurğulayıb. Dini radikalizmin cəmiyyətə ən böyük təhdidlərdən biri olduğunu qeyd edən Natiq Əfəndiyev xüsusilə radikal cərəyanların əsl hədəflərindən birinin təhsili olmayan, cəmiyyət arasında formalaşmayan gənclər olduğunu diqqətə çatdırıb.           

Tədbirdə çıxış edən Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev dini radikalizmin və onların əsl hədəflərindən birinin milli-mənəvi dəyərlərimizin, xalqın tarixən yaşatdığı adət-ənənələrin aradan aparılması olduğunu diqqətə çatdıraraq mövzu ətrafında geniş çıxş edib.                                                                                                                    

Daha sonra tədbirdə çıxış edən Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov intellektli və sağlam gəncliyin formalaşması, gənclərin yad təsirlərdən uzaq qalması üçün hər kəsin, xüsusilə müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli və məktəbin tarix müəlliməsi Ülkər Əliyeva tarixən Azərbaycanda müxtəlif dinlərə mənsub olan xalqların nümayəndələrinin dözümlülük və birgəyaşayış ənənələrini yaşatdığını vurğulayıblar.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”

Press-relizlər
19.11.2019 / 15:31
Ətraflı oxu

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

Xəbərlər
19.11.2019 / 15:02
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Gələcəkdə belə hallara yol verilməyəcək"

Açıqlama
18.05.2015 / 18:01
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
24.10.2019 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib

Press-relizlər
18.05.2018 / 11:53
Ətraflı oxu

“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2018 / 11:03
Ətraflı oxu