Göyçayda “Dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha yox deyirik" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər / 11.04.2019 / 17:44

Aprelin 11-də Rəsul Rza adına Göyçay şəhər 1 saylı tam orta məktəbdə Göyçay Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha yox deyirik " mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, rayon Polis Şöbəsinin rəisi polis polkovniki Sənan Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Prokurorluğunun əməkdaşı, prokurorun böyük köməkçisi Murad Əliyev, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova, eyni zamanda yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan söhbət açıblar.

Çıxışlar zamanı dini radikalizmin yaratdığı fəsadlardan da bəhs olunub. Cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanlarının əsasən gənclər olduğu vurğulanıb. Gənclərin radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymaması və bütün bunlarla mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyi qeyd olunub.

Şagirdlərə, habelə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb.

Çıxış edən natiqlər erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıblar.

Tədbir diskussiya şəklində davam etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər
08.02.2018 / 16:07
Ətraflı oxu

7 saylı cəzaçəkmə müəssisəsində “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.11.2017 / 17:09
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Xəbərlər
11.01.2016 / 09:08
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
12.06.2019 / 09:53
Ətraflı oxu

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlanıb

Xəbərlər
13.07.2019 / 14:11
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu