Qaxda “Dini radikalizmin fəsadları” adlı tədbir baş tutub

Press-relizlər / 11.04.2019 / 17:33

Aprelin 11-də Qax rayonu Qıpçaq kənd tam orta məktəbində Qax Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon Təhsil şöbəsinin   birgə təşkilatçılığı ilə  “Dini radikalizmin fəsadları” adlı  tədbir  keçirilib.

Tədbirdə RİH-in əməkdaşı Fərid Muradov, DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qıpçaq kənd tam orta məktəbinin direktoru Həsən Həsənov, müəllimlər  və yuxarı sinif şagirdləri  iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həsən Həsənov maarifləndirici görüşün mahiyyəti və aktuallığından danışıb. DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov  Dövlət Komitəsinin  təşəbbüsü ilə ərsəyə gəlmiş, vətənpərvərlik və dini maarifləndirici səpkidə olan  “Şəhadət” sənədli filmi barədə məktəb şagirdlərinə məlumat verib. Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbərlər
04.09.2019 / 18:05
Ətraflı oxu

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

Press-relizlər
19.07.2018 / 16:29
Ətraflı oxu

Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
07.06.2016 / 17:02
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Zaqatalada və Şəkidə şəhid ailələri və müharibə veteranları üçün iftar ...

Press-relizlər
04.06.2018 / 11:45
Ətraflı oxu

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
27.11.2018 / 16:20
Ətraflı oxu