Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər / 11.04.2019 / 17:15

 Aprelin 11-də Balakən Rayon İcra Hakimiyyəti (RİH), Balakən rayon Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu S.Vurğun adına Qullar 1 nömrəli kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən rayon Prokurorluğunun müstəntiqi Kənan Binnətov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu S.Vurğun adına Qullar 1 nömrəli kənd  tam orta məktəbinin direktoru Elçin Musayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.                                                               

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Musayev cəmiyyətin, xüsusilə gənclərin radikal meyillərdən qorunması, özgə təsirlərin onların həyatına müdaxilə etməməsi üçün keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.                   

Daha sonra çıxış edən rayon Prokurorluğunun müstəntiqi Kənan Binnətov dini radikalizm və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları haqqında məlumat verib. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu deyən K.Binnətov dini radikal və ekstremist qrupların fəaliyyətinin ictimai təhlükəsizliyə təhdid olduğunu və ona qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.                                                                                       

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin  baş məsləhətçisi Elməddin Atakişiyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən danışıb, ölkədə dini etiqad azadlığı üçün yaradılan şəraitin uğurla davam etdiyini qeyd edib. E.Atakişiyev, eyni zamanda  dini radikalizmin törətdiyi fəsadlar haqqında məlumat verib.                                       

Tədbirdə “Şəhadət” sənədli filmi nümayiş edilib. Daha sonra tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

Regional konfrans panel iclasla öz işini davam etdirib

Press-relizlər
25.04.2019 / 17:00
Ətraflı oxu

Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri müzakirə olunub

Press-relizlər
16.11.2017 / 16:15
Ətraflı oxu

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər
12.04.2019 / 17:08
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.07.2018 / 16:33
Ətraflı oxu

Ələt qəsəbəsində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
22.11.2017 / 16:39
Ətraflı oxu