Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır" mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.04.2019 / 15:27

Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və  Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır” mövzusunda tədbir keçirilib.

Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbində keçirilən maarifləndirmə tədbirində DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, rəis müavini, polis polkovnik-leytenantı Yelmar Paşayev, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev açaraq cəmiyyətdə zərərli vərdişlərin və dini radikalizmin törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında narkomaniya, erkən nikah və dini radikalizmin fəsadlarından söhbət açib. Bildirib ki, dövrümüzdə ən aktual olan bu bəlalardan gənclərin xilas olmaları üçün maarifləndirici tədbirlərin aparılması çox vacibdir. Odur ki, indiki gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə etmək lazımdır.

Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxışında zərərli vərdişlərə qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən bəhs edib. Qeyd edib ki, aparılan tədbirlər nəticəsində narkomaniya və digər zərərli vərdişlərə düçar olanların statistikasında xeyli sayda azalma hiss olunur.

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 16:55
Ətraflı oxu

Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.11.2019 / 16:07
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
21.11.2019 / 11:25
Ətraflı oxu

Neftçalada “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
05.06.2018 / 15:29
Ətraflı oxu