Lerikdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər / 10.04.2019 / 15:55

Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Lerikdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.

Tədbirdə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Arzu Vəliməmmədova bölgədəki dini durum barədə məlumat verərək bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. O qeyd edib ki,  ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir.

Mövzunun əhəmiyyətindən danışan DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşısının alınması, o cümlədən, dinlə, milli-mənəvi dəyərlərimizlə bağlı düzgün maarifləndirmə işinin bir neçə istiqamətdə aparıldığını bildirib. Dövlət Komitəsinin maarifləndirmə məqsədilə ölkənin, demək olar ki, bütün rayon və şəhərlərində ardıcıl olaraq dəyirmi masalar, konfranslar keçirdiyini önə çəkən Komitə sədrinin müavini bu tədbirlərin əsas mövzusunun dövlət-din münasibətləri, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, ənənəvi İslamın müasir cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması və ən əsası da gənclərin maarifləndirilməsi olduğunu qeyd edib. Gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran natiq dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirib. G.İsmayılov dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmaq kimi mənfi halların törətdiyi fəsadlara toxunub. Vurğulayıb ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. Bunların da qarşısını yalnız dini və dünyəvi bilikləri yüksək olan cəmiyyət ala bilər.

Daha sonra Lerik rayonu Təhsil şöbəsinin müdiri Zöhrab Salayev çıxış edərək, dini maarifləndirmənin gənc nəslin tərbiyəsində və yetişdirilməsində böyük önəm daşıdığından bəhs edib.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Seminar-treninq işini aprelin 11-də müzakirələrlə davam etdirəcək.

 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

Press-relizlər
30.05.2018 / 10:53
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

Masallıda “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2019 / 12:16
Ətraflı oxu

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
15.10.2019 / 16:29
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 14:50
Ətraflı oxu

“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2018 / 11:03
Ətraflı oxu