“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 08.04.2019 / 15:51

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçlığı ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”   mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli, QMİ-nin  Sabirabad  rayonu  üzrə səlahiyyətli  nümayəndəsi Ağakərim  Sadıqov,  Sabirabad şəhər “Heydər” məscidinin imam müavini Yusif Bağırov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

QMİ-nin Sabirabad  rayonu  üzrə səlahiyyətli  nümayəndəsi Ağakərim  Sadıqov çıxışında Aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki, hər bir vətəndaş xalqına və dövlətinə sadiq olmalıdır.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edərək qeyd edib ki, Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır. Natiq şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər
27.02.2019 / 10:20
Ətraflı oxu

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Xəbərlər
14.11.2019 / 17:19
Ətraflı oxu

Saatlıda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.11.2016 / 17:14
Ətraflı oxu

Göygöldə almanların tarixi irsi qorunur

Multikulturalizm
04.04.2016 / 09:56
Ətraflı oxu

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

Prezident İlham Əliyevin andiçmə mərasimi olub

Xəbərlər
18.04.2018 / 14:21
Ətraflı oxu